Türkiyənin BMT-dəki daimi nümayəndəsi: "Azərbaycanın hüquqlarına hörmət edilməlidir"

      Türkiyənin BMT-dəki daimi nümayəndəsi:    "Azərbaycanın hüquqlarına hörmət edilməlidir"
  17 Avqust 2023    Oxunub:1132
"Azərbaycanın təbii suverenlik hüquqlarına hörmət edilməlidir".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal deyib. O qeyd edib ki, regionda hərtərəfli sülh, sabitlik və əməkdaşlıq üçün tarixi imkan var.
"Xankəndidə ermənilər xoşbəxtdir" - Aclıq iddialarına fotolarla cavab

"Biz Ermənistanla tam normallaşma prosesinə sadiqliyimizi ifadə etmişik və bu istiqamətdə addımlar atmışıq. Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində hərtərəfli dəstək verməkdə davam edirik".

Regional normallaşmanın ancaq dialoq və xoşməramla əldə oluna biləcəyini deyən Önal, Türkiyənin Ermənistanın BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq platformalardan Laçın yolu ilə bağlı siyasi iddialarını səsləndirmək cəhdlərindən narahatlığını ifadə edib.

Sedat Önal ilk növbədə Azərbaycanın haqlı narahatlıqlarının nəzərə alınmalı və təbii suveren hüquqlarına hörmət edilməli olduğunu bildirib. O, Azərbaycanın Laçın yolundan silahlı qruplaşmaların təchizatı və Qarabağda qanunsuz mədən işlərinin aparılması ilə bağlı uzunmüddətli narahatlığına diqqət çəkib.

"Ancaq bu narahatlıqlar və həssaslıqlar nəzərə alınmadı və Azərbaycan öz suveren hüquqları çərçivəsində öz ərazisində lazımi bildiyi tədbirləri görmək məcburiyyətində qaldı. Biz bilirik ki, Azərbaycan bu tədbirləri həyata keçirərkən humanitar mülahizələrə diqqət yetirir”.

AzVision.az


Teqlər:   Azərbaycan   BMT  





Xəbər lenti