İranın xarici işlər naziri 7 ildən sonra Ər-Riyada gedib

İranın xarici işlər naziri 7 ildən sonra Ər-Riyada gedib
  17 Avqust 2023    Oxunub:905
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 7 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.

XİN rəhbəri artıq Tehranı tərk edərək Ər-Riyada yollanıb. Bir günlük səfər zamanı ikitərəfli münasibətlərə dair müxtəlif məsələlər, eləcə də regional və beynəlxalq gündəmdə hər iki ölkə üçün aktual məsələlər qaldırılacaq.

Qeyd edək ki, 2015-ci ilin yazında Ər-Riyadla Tehran arasında münasibətlər kəskinləşib. Buna səbəb Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə keçirdiyi hərbi əməliyyat olub. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra krallıq İranla diplomatik əlaqələri kəsib. Abdullahiyan son 7 ildə krallığa səfər edən ilk xarici işlər naziri olub.

AzVision.az


Teqlər:





Xəbər lenti