Vaşinqton İranla yalnız məhbus mübadiləsi anlaşmasının olduğunu açıqlayıb
“Əlbəttə, biz İranın heç vaxt nüvə silahı əldə etməməsi prinsipinə sadiqik və buna nail olmaq üçün diplomatiyanın ən yaxşı yolu olduğuna inanmaqda davam edirik. İranın dağıdıcı və sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyət daşıması üçün tədbirlər görəcəyik İranın pilotsuz təyyarələr və digər təhlükəli silahların inkişafı, istehsalı və yayılmasına qarşı mübarizədə müttəfiqlərimiz və tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik”, - Patel deyib.
“Financial Times” qəzeti Amerika hökumətinin son dolayı danışıqlar zamanı Tehran qarşısında Rusiyanı dronlarla təchiz etməkdən çəkinmək tələbini qoyduğunu bildirib. Qəzetin yazdığına görə, ABŞ-nin bu tələbi ötən həftə məhbus mübadiləsi sazişi ilə bağlı aparılan danışıqlar zamanı qaldırılıb.
AzVision.az