"Türkiyə Ukrayna taxıl gəmilərinin boğazlardan keçməsinə icazə verəcək" - KİV

   "Türkiyə Ukrayna taxıl gəmilərinin boğazlardan keçməsinə icazə verəcək" -    KİV
  17 Avqust 2023    Oxunub:940
Türkiyə Ukrayna limanlarından gələn taxıl daşıyan gəmilərin Bosfor və Dardanel boğazlarından maneəsiz keçməsinə zəmanət verməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

"Bizim bildiyimizə görə, Ukraynadan bir dənə də olsun gəmi yola düşməyib. Amma gəlsə, o, boğazlardan keçəcək".

Bu arada “Elips Haber” xəbər portalı Türkiyə Müdafiə Nazirliyindəki mənbələrinə istinadən “yeni dəhlizlə artıq ilk gəminin yola düşdüyünü” iddia edir.

AzVision.az


Teqlər:





Xəbər lenti