Şirazdakı terror aktına görə 20 şübhəli saxlanılıb

   Şirazdakı terror aktına görə 20 şübhəli saxlanılıb
  17 Avqust 2023    Oxunub:963
İranın təhlükəsizlik qüvvələri Şirazda (İslam Respublikasının cənub-qərbində) Şah Çərəx məqbərəsində törədilən terror aktında iştirakda şübhəli bilinən azı 20 nəfəri saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi ziyarətgahın yerləşdiyi Fars əyalətinin baş hakiminə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, terror aktının təşkilində ən kiçik rolu olan hər kəs saxlanılıb. Əsas şübhəlilər gələn həftə ittiham olunacaqlar.

Ba hakim onu da qeyd edib ki, hücum edən şəxs - 25 yaşlı Tacikistan vətəndaşı Rahmatulla Nuruzov hələ ki, əməlindən peşmançılıq əlaməti göstərməyib.

Qeyd edək ki, Fars əyalətinin Şiraz şəhərindəki Şah Çərəx məqbərəsində terror aktı törədilib. İki silahlı məscidə girməyə cəhd edib. Onlardan biri məqbərədə olan insanlara avtomatla atəş açıb və hücumdan az sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Son məlumatlara görə, hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti