İranda 3 minə yaxın tələbə intizam komitələrinə çağırılıb
Bu siyahıda insanların adları qara rənglə örtülsə də, atasının adı, tələbə nömrəsi, dərəcəsi və təhsil sahəsi qeyd olunur. Hesabata görə, İran Elm və Texnologiya universiteti 324 tələbə ilə ən çox tələbənin çağırıldığı universitetdir. Bir neçə tələbinin dindirildiyini və hədələndiyini bildirilir.
Tələbələrin həmkarlar ittifaqı şuraları “Məhsa Əmininin ildönümü və universitetlərin yenidən açılması yaxınlaşdıqca mühafizəçilərin və mühafizə orqanlarının hədə-qorxu gəlmək, qanunsuz girov almaq üçün çağırılması ilə paralel olaraq, intizam komitələrinin də tələbələri çağırıb, hədələdiklərini qeyd edirlər.
Çağırışların tələbələr üçün yeni cavabdehlik işlərinin yaradılması, “onlarda qorxu yaratmaq və hədələmək” məqsədi ilə həyata keçirildiyi vurğulanır.
AzVision.az