Xameneyinin nümayəndəsi: “Məscidlər boş qalıb”

    Xameneyinin nümayəndəsi:    “Məscidlər boş qalıb”
  17 Avqust 2023    Oxunub:1231
İranın ali dini lideri Əli Xameneyinin Yəzd əyalətindəki nümayəndəsi və Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri vətəndaşların məscidlərə getməməsindən gileylənib.
"Sosial mediada məscidlərə qarşı təbliğatın artması vətəndaşların, xüsusilə gənclərin siyasi və ictimai qərargahlarımız sayılan məscidlərə marağının azalmasına, məscidlərin boş qalmasına səbəb olub", - Nasiri iddia edib.

O, hakimiyyəti bununla bağlı tədbirlər görməyə və gənclərin məscidlərə getməsi üçün stimullaşdırıcı addımlar atmağa çağırıb.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti