Stoltenberq: “Alyans Ukrayna qalib gələnə qədər kömək edəcək”

      Stoltenberq:    “Alyans Ukrayna qalib gələnə qədər kömək edəcək”
  17 Avqust 2023    Oxunub:947
“Alyans Ukraynaya Rusiya ilə münaqişədə qalib gələnə qədər kömək etməyə davam edəcək”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Osloda keçirdiyi mətbuat konfransında bildirib. Stoltenberq Kiyevin hərbi əməliyyatları dayandırmaq üçün mümkün ərazi güzəştləri və ölkənin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı sualı cavablandırarkən deyib: “NATO Ukraynanı müharibədə qalib gələnə qədər dəstəkləyəcək”.

Qərb liderləri dəfələrlə Ukraynaya “nə qədər lazımdırsa” kömək edəcəklərini bildiriblər. Belə ki, iyulun sonunda ABŞ prezidenti Co Bayden və İtaliyanın baş naziri Corc Meloni Ukraynaya lazım olan müddətdə müdafiə, siyasi, maliyyə və humanitar dəstək verəcəklərini vəd ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti