Ukrayna NATO-ya görə ərazilərindən imtina etməyəcək

   Ukrayna NATO-ya görə ərazilərindən imtina etməyəcək
  17 Avqust 2023    Oxunub:1128
“Ukrayna NATO-ya üzv olmaqdan ötrü ərazilərindən imtina etməyəcək”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Zavtrak s 1+1”in efirində deyib. NATO aparatının rəhbəri Stian Yenssenin sözlərini şərh edən nazir deyib ki, Stoltenberq və Yenssen fərqli insanlardır, NATO-nun Baş katibinin mövqeyi isə dəyişməz olaraq qalır.

“Baş katibin mövqeyi tamamilə dəqiqdir və Ukraynanın mövqeyi ilə üst-üstə düşür. Ukrayna əraziləri ticarət obyekti ola bilməz”. XİN rəhbəri, həmçinin qeyd edib ki, Ukrayna rəhbərliyi ölkənin mümkün qədər tez bir zamanda NATO-ya üzv olması üçün çalışır, mümkün variantları müzakirə etmir.

AzVision.az


Teqlər:





Xəbər lenti