Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 27 nəfərə çatıb

 Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 27 nəfərə çatıb
  17 Avqust 2023    Oxunub:3184
Gürcüstanın Şovi dağlıq kurort zonasında xilasedicilər torpaq sürüşməsi nəticəsində ölən daha bir nəfərin cəsədini aşkar ediblər.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbii fəlakət qurbanlarının ümumi sayı 27 nəfərə çatıb.

İdarədən əlavə ediblər ki, 6 nəfərin axtarışları davam edir.

Xatırladaq ki, avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında torpaq sürüşməsi baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti