Mahaçqalada partlayışda təqsirləndirilən şəxs həbs edildi

Mahaçqalada partlayışda təqsirləndirilən şəxs həbs edildi
  17 Avqust 2023    Oxunub:1047
Rusiya paytaxtı Moskvanın Basman Rayon Məhkəməsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində onlarla insanın ölümü ilə nəticələnən yanğınla bağlı təqsirləndirilən Eldar Nəsrulayevi iki ay müddətinə həbs edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, onun barəsində oktyabrın 14-dək həbs qətimkan tədbiri seçilib.

Məhkəmə iclası təqsirləndirilən şəxslərin və yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədilə qapalı keçirilib.

Xatırladaq ki, avqustun 15-də Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində aralarında uşaqlar da olmaqla, 35 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti