Aİ qaz anbarlarını 90 faiz doludurub

   Aİ qaz anbarlarını 90 faiz doludurub
  17 Avqust 2023    Oxunub:960
Avropa İttifaqına üzv ölkələr təbii qaz çənlərini təxminən 90 faiz səviyyəsində doldurublar.
AzVision.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Stefan de Keersmaecker Brüsseldə keçirilən mətbuat konfransında üzv ölkələrin qaz çənlərinin doluluğu ilə bağlı açıqlamalar verib.

Üzv ölkələrin 1 noyabr tarixinə qədər təbii qaz çənlərini ən az 90 faiz nisbətində doldurmağı hədəflədiklərini xatırladan Keersmaecker, "Bu gündən etibarən təbii qaz saxlama nisbəti 89,89-a çatıb", deyə qeyd edib.

Keersmaecker Aİ ölkələrinin qaz anbarlarını doldurma öhdəliyinin əhəmiyyətinin fərqində olduqlarına diqqət çəkərək, çənlərin doldurulması prosesinin davam etdiyini və doğru yolda olduqlarını bildirib.

Normal dövrlərdə ildə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Aİ ölkələrinin 110 milyard kubmetr təbii qaz anbarı var.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə ilə Rusiyanın Aİ-yə təbii qaz nəqli kəskin şəkildə azalıb.

Müharibənin başlaması ilə Birlik ölkələri yeraltı təbii qaz çənlərinin qış aylarına qədər doldurulmasını məcburi edəcək qanuni tənzimləmələr hazırlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti