Erməni məmurlar 665,5 min dolları mənimsəyiblər

   Erməni məmurlar 665,5 min dolları mənimsəyiblər
  17 Avqust 2023    Oxunub:939
Ermənistanın “Aypost” şirkətinin iki əməkdaşı və üç məmur 257 milyon dramı (665,5 min ABŞ dolları) mənimsəməkdə ittiham olunur.
Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, istintaq zamanı əldə edilən məlumatlara görə, Vardenis şəhərinin “Aypost” şirkətində işləyən 52 və 39 yaşlı sakinləri (ad-soyadları açıqlanmır-red) Göycə (Geqarkunik) Vardenis Ərazi Sosial Dəstək Agentliyinin rəhbərinə eyni idarənin iki əməkdaşı tərəfindən həyata keçirilən dələduzluqda yardım ediblər.

Xüsusilə, onların sosial proqramların benefisiarlarına qondarma şəxslərin imzaları ilə saxta siyahılar təqdim etdikləri vurğulanır. Nəticədə agentliyin rəhbəri A.G. və iki əməkdaşı “Aypost” əməkdaşlarının köməyi ilə 257,3 milyon dramı mənimsəyiblər.

Həmin şəxslər barəsində ibtidai istintaq başa çatıb, cinayət işinin materialları ittiham aktının təsdiq edilməsi və işin məhkəməyə göndərilməsi üçün prokurora göndərilib.(Report)

AzVision.az


Teqlər:





Xəbər lenti