ABŞ Rusiyaya görə Türkiyəni şantaj etmək istəyir

   ABŞ Rusiyaya görə Türkiyəni şantaj etmək istəyir
  18 Avqust 2023    Oxunub:807
Amerika hakimiyyəti Rusiya Federasiyasına kömək etdiyinə görə Türkiyəni məhdudiyyətlərlə hədələyib.
Bu barədə "The Wall Street Journal" yazıb. Qərb diplomatı nəşrə deyib: "Türk şirkətinin sanksiyalara məruz qalacağı bir ssenarinin qarşısını almağa ürəkdən ümid edirik". O bildirib ki, Qərb real risklər barədə xəbərdarlıq etmək üçün həm hökumət, həm də özəl sektorla işləyir. Ağ Ev rəsmiləri isə bu barədə Türkiyə hökumətinə danışırlar.

Məqalə müəllifi vurğulayıb ki, Ankaranın Moskvaya kömək etməsi Vaşinqtonu narahat edir. Əslində olan isə Türkiyənin regionda əldə etdiyi gücdür. Belə ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında vahid "açar" rolunu oynamaq istəyir.


AzVision.az


Teqlər:





Xəbər lenti