Amerikalı konqresmenlər Ukraynaya yardımın əleyhinə çıxdı

   Amerikalı konqresmenlər Ukraynaya yardımın əleyhinə çıxdı
  18 Avqust 2023    Oxunub:1369
ABŞ konqresmenlərinin bir hissəsi Amerika kəşfiyyatının Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı mənfi proqnozuna görə Kiyevə yeni hərbi yardım ayrılmasına qarşı çıxıb.
Bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb. Əks-hücumun nəticələrini nəzərə alaraq, bəzi respublikaçılar indi prezident Cozef Baydenin Ukraynaya 20 milyard dollardan çox yardım istəməsinə etiraz ediblər.

Hətta ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Endryu Harris Ukraynanın əks-hücumunun iflasa uğradığını etiraf edib. O, həmçinin qeyd edib ki, Ukraynaya maliyyə yardımının ayrılmasını dəstəkləyəcək, bir şərtlə ki, bu pullar hərbiyə deyil, humanitar məqsədlər üçün xərclənsin.

AzVision.az


Teqlər:





Xəbər lenti