Hakan Fidan Lavrovla “Taxıl sazişi”ni müzakirə edəcək

Hakan Fidan Lavrovla “Taxıl sazişi”ni müzakirə edəcək
  18 Avqust 2023    Oxunub:991
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə“Taxıl sazişi”nin mümkün perspektivlərini müzakirə etməyə hazırlaşır.
Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, müzakirədə prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında mümkün görüş də nəzərdə tutulur.

Türkiyə hakimiyyəti Qara dəniz təşəbbüsünün gələcəkdə üç istiqamətdə inkişaf edə biləcəyini təklif etdi. Tərəflər razılığa gəlməsə, bu, ərzaq böhranının kəskinləşməsinə və hərbi qarşıdurmaya səbəb olacaq.

İkinci ssenariyə görə, Dunay boyu Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı da daxil olmaqla, alternativ marşrutlar yaratmaq mümkündür. Türkiyə hakimiyyəti də istisna etmir ki, “Rusiyanın bəzi narahatlıqları” həll olunarsa, “Taxıl sazişi”nin əvvəlki formatda işini bərpa edə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti