Şimali Koreya insan haqlarına qarşı repressiyaları gücləndirir

Şimali Koreya insan haqlarına qarşı repressiyaları gücləndirir
  18 Avqust 2023    Oxunub:987
Şimali Koreya ölkədə iqtisadi vəziyyətin pisləşməsi fonunda insan haqlarına qarşı təzyiqləri gücləndirir.
Bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı iclasında deyib. “Bizdə olan məlumata görə, qeyri-rəsmi bazarlar və digər mübarizə mexanizmləri çökdükcə insanlar getdikcə daha çarəsizləşir, onların dövlət nəzarəti, həbslər, sorğu-suallar və həbslər qorxusu güclənir”, - diplomat bildirib.

Türk repressiyaların güclənməsinə misal olaraq xaricdən gələn məlumatlara istinad edən “mürtəce ideologiya və mədəniyyət”lə əlaqəyə görə 5 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulmasından danışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti