Rusiya İran PUA-larının daha keyfiyyətli modellərini yaratmağa çalışır

 Rusiya İran PUA-larının daha keyfiyyətli modellərini yaratmağa çalışır
  18 Avqust 2023    Oxunub:850
ABŞ-nin məşhur “Washington Post” qəzetində Rusiyanın İran istehsalı olan intiharçı dronların kütləvi istehsalına başlamaq cəhdini təsvir edən sənədlər dərc olunub.
AzVision.az xəbər verir ki, bu sənədlər Rusiyanın Tatarıstan vilayətində pilotsuz təyyarələrin hissələrinin yığılması zavodunun tikintisi layihəsində iştirak edən, lakin Rusiyanın Ukraynadakı müharibəsinə qarşı olan şəxs tərəfindən əldə olunub.

Hesabatda öz bilik və texnologiyasından istifadə edən Rusiyanın, hücum gücünü təkmilləşdirməklə yanaşı, daha uzaq hədəflərə hücum üçün uzun məsafəyə uça bilən İran PUA-larının daha keyfiyyətli modellərini yaratmaq niyyətində olduğu bildirilir.

Sənədləri araşdıran ekspertlər qeyd edirlər ki, sübutlar Rusiyanın zavodun tikintisini başa çatdırmaq üçün qrafikdən bir ay geri qaldığını göstərir.



“Tatarıstanda adıçəkilən fabrikin işçilərindən bəziləri İranın intiharçı dronları ilə işləməyi öyrənmək üçün əvvəllər İrana gediblər. Bu şəxslərə Rusiyanın rəsmi nümayəndələri, mühəndislər və layihə menecerləri daxil idi. Rusiya iki ilə kimi Tatarıstanda tikilməkdə olan fabrikdə təxminən 6 min PUA istehsal etməyi düşünr. Rusiyalı mühəndislər isə 1500 kilometr məsafəyə uça biləcək daha keyfiyyətli İran PUA modellərini istehsal etməyi planlaşdırır”, - hesabatda deyilir.

Maraqlıdır ki, Moskva və Tehran “Washington Post”un yaydığı xəbərə hələlik heç bir reaksiya verməyib.

Son bir neçə gündə isə “Azad Avropa” radiosunun Tatarıstandakı fabriklə bağlı araşdırması çərçivəsində ekspertlər, Rusiyada optimallaşdırılacağı təqdirdə, İranın “Şahid” modelli kamikadze təyyarələrinin uçuşlar zamanı daha çox partlayıcı maddə daşıya biləcəyini və onun dağıdıcı gücünü artacağını vurğulayıblar.

Qeyd edək ki, bu il yazın əvvəlində ölkədə dronların istehsalının artırılması barədə göstəriş verən Rusiya prezidenti Vladimir Putin bu sənayenin dəyərinin “yaxın gələcəkdə” 20 milyard dollara çatacağını açıqlamışdı.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: İran   Rusiya  





Xəbər lenti