Lukaşenko: "ABŞ qlobal təhlükəsizlik sistemini məhv edir"

      Lukaşenko:    "ABŞ qlobal təhlükəsizlik sistemini məhv edir"
  18 Avqust 2023    Oxunub:930
ABŞ və müttəfiqləri qlobal təhlükəsizlik sistemini məhv edirlər.
AzVision.az xəbər verir ki, bunu Minskdə keçirilən beynəlxalq antifaşist konqresi zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Bütün xeyirxah insanların faşizm və nasizm bayraqlarını yenidən qaldıran yeni dünya müharibəsinin təhrikçilərinə qarşı vahid cəbhədə birləşməsinin vaxtı yetişib", Belarus lideri bildirib.

Onun sözlərinə görə, hazırda dünyada aparıcı rolunu qoruyub saxlamağa çalışan ABŞ və müttəfiqləri qlobal təhlükəsizlik sistemini məhv edir, bütün qitələrdə rəngli inqilablar və silahlı münaqişələr həyata keçirir, müstəqil dövlətlərin işlərinə kobud şəkildə müdaxilə edir.

Lukaşenko onu da qeyd edib ki, ABŞ İkinci Dünya Müharibəsi tarixini yenidən yazmağa çalışır, Avropada isə nasist hərbi cinayətkarlarına haqq qazandırmaq üçün qərarlar qəbul edilir.

Belarus rəhbəri bildirib ki, bütün bunların bəhrəsini bu gün “sərt, misantrop faşistpərəst rejimin qurulduğu” Ukraynada müşahidə etmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti