Tehran Ər-Riyadla danışıqların uğurla nəticələndiyini bildirir
“Bizim məhsuldar və mühüm danışıqlarımız olduğundan şadıq. Xoşbəxtlikdən iki ölkə arasında əlaqələr düzgün yoldadır və biz müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək əzmindəyik”, - Abdullahiyan deyib.
Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhan isə kral Salman bin Əbdüləzizin dəvətindən sonra İran prezidenti İbrahim Rəisinin bu ölkəyə səfər edəcəyinə ümidli olduğunu bildirib. İranın Abdullahiyan belə görüşün “tezliklə” keçiriləcəyini söyləsə də, bunun vaxtı barədə heç nə deməyib.
Regional rəqiblər olan İranla Səudiyyə krallığı arasında düşmənçilik son on ildə pik həddə çatıb. Xüsusilə də İranın nüvə proqramı, Yəmən müharibəsi və Fars körfəzinin su yolunda təhlükəsizliyin təminatı məsələsi ilə bağlı problemlər hələ də mövcuddur.
Səfər zamnı Hüseyn Əmir Aabdullahyanı İranın Səudiyyə Ərəbistanına səfiri təyin olunan Xarici İşlər nazirliyinin Fars körfəzi ölkələri üzrə baş direktoru Əlirza İnayəti müşayiət edib. Bu isə onun Ər-Riyaddakı rəsmi fəaliyyətinin başlanğıcı deməkdir.
AzVision.az