Gilanda həbs olunan qadın fəalların “günahı” açıqlanıb
Həbs edilən fəallardan “sistem əleyhinə təbliğat” və “düşmən şəbəkələri ilə əlaqə vasitələri” götürüldüyünü söyləyən Gilan əyalətinin polis komandiri Əzizullah Mələki, onların həbsinin səbəbini “etirazların ildönümü ilə bağlı fəaliyyətlər”lə izah edib. Həmin şəxslərin “etirazların ildönümündə xaos və vandalizmi qızışdırmaq üçün planlar hazırladığı və tədbirlər gördüyü” bildirilir.
Gilanın Kəşiyyat idarəsi, həmçinin vilayətin dörd şəhərində həbs olunan qadın hüquqları müdafiəçilərini zərər çəkmiş ailələr üçün pul toplamaqda günahlandıraraq, onların “keçən ilki hadisələrdən zərər çəkmiş ailələrə yardım üçün” pul topladsıqlarını, lakin “az bir faizdən başqa, alınan vəsaitin qalan hissəsinin qeyri-müəyyən yerdə saxlandığını” iddia edir.
AzVision.az