Pentaqon: ABŞ Fars körfəzində İrana çəkindirici təsir göstərir

“İnanırıq ki, hazırda regiondakı müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək çəkindirici təsirə malik oluruq. Ona görə də bölgəyə daha çox qoşun yeritdik. Ümid edirik ki, zərərli fəaliyyət aşağıya doğru meyl edəcək, lakin son nəticədə bu, İrandan asılıdır. Bu arada biz regionun təhlükəsizliyinin və sabitliyinin, ticarət gəmilərinin bölgədə sərbəst hərəkətinin təminatı üçün əlimizdən gələni edəcəyik”, - Pentaqon rəsmisi deyib.
Təxminən bir ay əvvəl ABŞ-nin Müdafiə naziri Lloyd Ostin İranın Fars körfəzi və Hörmüz boğazında kommersiya gəmilərini ələ keçirmək cəhdləri qarşılığında F-35 və F-16 qırıcıları, habelə idarə olunan raketlərlə təchiz edilmiş hərbi gəmilər göndərməklə yanaşı, ölkə ordusunun amfibiya qoşun hissəsinin bir bölüyünün CENTCOM-un məsuliyyəti altındakı əraziyə göndərildiyini açıqlayıb.
AzVision.az