Rusiya Karen Şainyanı axtarışa verdi

   Rusiya Karen Şainyanı axtarışa verdi
  18 Avqust 2023    Oxunub:1093
Rusiya Daxili İşlər Nazirliyi videoblogger Karen Şainyanı (xarici agent, Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısına daxil edilib-red.) axtarışa verib.
AzVision.az xəbər verir ki, bununla bağlı axtarışda olan şəxslərə dair informasiya bazasında məlumat yerləşdirilib.

Qeyd edilir ki, onun “Axtarışa verilməsi üçün cinayət məcəlləsinin müvafiq maddəsi əsas götürülüb”. Şainyanın konkret olaraq hansı səbəbdən və maddə ilə axtarıldığı açıqlanmır.
Xatırladaq ki, iyulda Şainyan Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısına əlavə edilib.

Xatırladaq ki, Şainyan Rusiyada yaşayan LGBT-ni təmsil edənlərin problemlərini işıqlandıran eyniadlı yutub kanalı idarə edir. Bundan əlavə, o, "OstWest" kanalında yayımlanan “Za qranyu” verilişinin müəllifi və aparıcısıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti