Türkiyə Ukrayna ordusu üçün ikinci gəmi inşa edir - FOTO
Qeyd edilir ki, tədbir İstanbul şəhərindəki gəmiqayırma müəssisələrindən birində təşkil olunub.
Hərbi Dəniz Qüvvələrindən isə bildirilib ki, “Bütün işlər vaxtında, qrafiklərə və bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilir”.
Xatırladaq ki, bu, Türkiyə tərəfindən Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün inşa edilən ikinci korvet tipli gəmidir. Ukrayna üçün ilk "Hetman İvan Mazepa" adlı gəminin hazırlanması 2021-ci ilin sentyabrında başlanılmışdı. Artıq 2022-ci ilin oktyabrında İstanbulda Kiyevə təhvil verilən "Hetman İvan Mazepa" suya buraxılıb.
Tural Tağıyev
AzVision.az