İranda əyləncə parkında insident, 7 nəfər yaralandı - VİDEO

İranda əyləncə parkında insident, 7 nəfər yaralandı -  VİDEO
  18 Avqust 2023    Oxunub:940
Fars əyalətinin Cəhrom şəhərindəki “Kuhsar” əyləncə parkında motosikletdə baş verən partlayış nəticəsində 7 nəfərin yaralandığı bildirilir.
AzVision.az “İSNA” agentliyinə istinadən bildirir ki, partlayış axşam saatlarında “Divar-e Mərg” (Ölüm divarı) adlı şouda iştirak edən iki motosikletdən birinin çənində baş verib.

Məlumata görə, 7 yaralı xəstəxanaya aparılıb. Motosikletçinin xəsarətinin şiddəti daha çox ağır yanıqlar və baş zədələri ilə bağlı olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib.
Partlayışın yayımlanan görüntüləri yanğının dərhal teatra yayıldığını göstərir.



Son illər İranın müxtəlif şəhərlərindəki əyləncə parklarında çoxlu insidentlər qeydə alınıb.
Ötən ay İsfahanın “Nəcvan” parkında uşaq meydançası avadanlıqlarından birində yaranan texniki nasazlıq üzündən 13-15 yaşlarında 9 yeniyetmə xəsarət alıb. 2019-cu ildə Tehranın şərqindəki “Bəsic Park” əyləncə parkında kranın aşması 3 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olub.

2014-cü ildə Tehranın “Eram” parkında üç gənc qızın ağır xəsarət alması ilə nəticələnən insidentdən sonra şəhər şurasının nümayəndələri bu əyləncə parkının bağlanmasını tələb ediblər.
AzVision.az


Teqlər: İran   attraksion  





Xəbər lenti