"Ukraynada rus hərbi əsirlərinin sayı xeyli artıb"

   "Ukraynada rus hərbi əsirlərinin sayı xeyli artıb"
  18 Avqust 2023    Oxunub:1023
Son həftələrdə Ukraynada rusiyalı hərbi əsirlərin sayı xeyli artıb.
AzVision.az bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov brifinq zamanı deyib. O qeyd edib ki, əsirlər Cenevrə Konvensiyasının normalarına uyğun olaraq Ukraynada saxlanırlar.

"Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin həm müdafiə, həm də hücum xarakterli aktiv əməliyyatları cəmi bir neçə həftə ərzində bizim mübadilə fondumuzda əsir rusların sayı 200-dən çox artıb. Bu, o deməkdir ki, bizimkiləri qaytarmaq daha asan və daha aktiv olacaq”.

Yusovun sözlərinə görə, əsirlərin hər beş nəfərdən biri könüllü təslim olub. “Yaşamaq istəyirəm” proqramı çərçivəsində hər gün 3-5 rusiyalı hərbçi əsir götürülür.

Kəşfiyyat nümayəndəsi qeyd edib ki, Ukrayna mübadilələrə hazırdır, lakin bu proseslərə mane olan Rusiyadır.

"Onlar əksər hərbi əsirlərinin taleyi ilə maraqlanmırlar. Biz Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin fəal hərəkətlərini, ərazilərimizin azad edilməsini davam etdirəcəyik. Bu o deməkdir ki, daha çox rusiyalı əsir olacaq", - Yusov bildirib.

Yusov qeyd edib ki, tam miqyaslı işğal zamanı 48 mübadilə baş verib, 2598 ukraynalı müdafiəçi və mülki vətəndaş Rusiya əsirliyindən geri qaytarılıb.

"Növbəti mübadilələr üçün işlər və hazırlıqlar davam edir. Biz gözləyirik və ümid edirik ki, yaxın gələcəkdə müdafiəçilərimizin ailələri üçün daha bir şad xəbər olacaq. Amma təbii ki, hələ çox iş var".

AzVision.az


Teqlər:





Xəbər lenti