Hər ay cəbhəyə nə qədər rus səfərbər edilir?

Hər ay cəbhəyə nə qədər rus səfərbər edilir?
  18 Avqust 2023    Oxunub:1270
Rusiyada hər ay 20 minə yaxın insan səfərbərliyə alınır.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.

Brifinq zamanı Rusiyada səfərbərlik və onun miqyası ilə bağlı sualı cavablandıran Yusovun sözlərinə görə, hazırda tammiqyaslı səfərbərlik kampaniyası dayanmadan davam edir.

"Bu fəaliyyətlər həm gündəlik, həm də aylıq olaraq davam etdirilir. Hər ay 20 minə yaxın insan səfərbər olur", - Yusov bildirib.

Kəşfiyyat rəsmisi qeyd edib ki, bu yaxınlarda Moskva meri çox maraqlı bir rəqəm səsləndirib. Cəbhədə, yəni Ukraynanın işğal olunmuş ərazilərində 45 min moskvalı var: "Bundan əvvəl bu rəqəm 35 min nəfər idi. Yəni, bu o deməkdir ki, Moskva meri bir neçə ay ərzində əlavə olaraq cəmi 10 min moskvalının səfərbər olunduğunu etiraf edib".

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Səfərbər  





Xəbər lenti