Əli Xətibi İrəvanla enerji mübadiləsinin üstünlüklərindən danışıb

Əli Xətibi İrəvanla enerji mübadiləsinin üstünlüklərindən danışıb
  18 Avqust 2023    Oxunub:1019
İranın OPEK-dəki keçmiş nümayəndəsi Məhəmməd Əli Xətibi “Rahborde Moaser” saytına diqqət çəkən müsahibə verib.
O deyib: “İranın nəhəng enerji resursları, o cümlədən qaz ehtiyatları olduğunu nəzərə alaraq, Tehran Ermənistana qaz ixracı müqabilində bu ölkədən elektrik enerjisi idxal edir.

İki ölkənin rəsmiləri arasında İrandan Ermənistana qaz ixracının artırılmasına dair saziş imzalanıb. Həmin razılaşmaya əsasən, təbii qazın elektrik enerjisi ilə mübadilə nisbəti də İran Milli Qaz Şirkətinin xeyrinə dəyişdirilib və müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb.

Əvvəllər İran Ermənistana gündəlik 1 milyon kubmetr qaz ixrac edirdi ki, yeni sazişlə bu həcm iki dəfə artırılacaq”.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti