Almaniyaya narkotik daşıyan 5 iranlının məhkəməsi başlayıb

Almaniyaya narkotik daşıyan 5 iranlının məhkəməsi başlayıb
  18 Avqust 2023    Oxunub:1195
Balkan regionu ölkələri vasitəsilə Almaniyaya milyonlarla avro dəyərində narkotik vasitələr gətirməkdə günahlandırılan 5 iranlı indi bu ölkənin ədalət məhkəməsi qarşısında cavab verirlər.
AzVision.az Almaniyanın Köln şəhər prokurorluğunun məlumatına istinadən bildirir ki, həmin şəxslərdən biri həyat yoldaşı və yeni doğulmuş uşağı ilə birlikdə İsveçrəyə narkotik daşımağa cəhddə ittiham olunur.
Həmçinin narkotikləri Balkanlardan Almaniyaya yük maşını ilə daşıma prosesində onların bir məmura 10 min avro rüşvət verdikləri açqılanıb. Narkotik vasitələrin bir qismini evlərində gizlədən iranlıların həbsi İranın narkotik ticarətindən Qərb ölkələrinə təzyiq vasitəsi kimi istifadə etdiyi fonda baş verib.

Bir neçə il əvvəl İranın narkotiklərlə mübarizə polisinin o zamankı rəisi Məhəmməd Məsud Zahidiyan Avropa ölkələrini hədələyərək, “paylarını ödəməsələr, öz ölkələrində narkotiki toplamalı olacaqlar” bəyanatını səsləndirmişdi.

Bundan əvvəl rəsmi Tehran, o cümlədən keçmiş prezident Həsən Ruhani ABŞ-nin JCPOA-dan (İranın nüvə problemi üzrə 5+1 formatı) çıxmasından sonra İrandan narkotiklərin Avropaya keçməsinə icazə verəcəyi ilə avropalıları hədələmişdi.

“İrana qarşı sanksiyaların gücləndirilməsi İranın narkotiklərin tranziti, terrorizm və qaçqın axını ilə mübarizə qabiliyyətinə zərər verəcək və nəticədə Avropa Birliyi təhlükəsizliyinin bir hissəsini itirəcək”, - Ruhani demişdi.

Ötən ilin may ayında ABŞ Mərkəzi Komandanlığı qərargahı (CENTCOM) Oman dənizində ekipajı özlərini iranlı kimi qələmə verən balıqçı gəmisindən 640 kiloqram metamfetamin ələ keçirdiyini açıqlamışdı. Həmin məlumata görə, 39 milyon dollarlıq metamfetamin yükü aşkarlandıqdan sonra onu daşıyan gəmi ilə birlikdə müsadirə olunub, gəminin 9 ekipaj üzvü isə İrana göndərilib.

Bundan başqa, diplomatik mənbələr “İran İnternational”a SEPAH-ın Qüds qüvvələrinin narkotik qaçaqmalçılarından istifadə edərək Türkiyə, Almaniya və Fransada üç sui-qəsd həyata keçirməyi planlaşdırdığını bildiriblər.

Dünyanın ən böyük narkotik tranzit kartellərindən birinə sahib olan SEPAH-ın İrandakı teokratik rejimin əleyhdarlarını öldürmək üçün qaçaqmalçı dəstələrdən istifadə etdiyi çoxdandır ki, heç kimə sirr deyil.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: Almaniya   İran  





Xəbər lenti