Nigerin yeni baş naziri Fransa qüvvələrini ölkəsinə çağırdı
“Biz Fransa universitetlərində, zabitlərimiz isə Fransada təhsil alıblar. Biz sadəcə olaraq hörmət görmək istəyirik”.
İyulun 27-nə keçən gecə Niger hərbçiləri prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını və hakimiyyətin Vətənin Qurtuluşu Milli Şurasına keçdiyini elan ediblər. Həmçinin sərhədlərin bağlanması, konstitusiyanın fəaliyyətinin dayandırılması və bütün siyasi partiyaların fəaliyyətinə qadağa qoyulması elan edilib.
Almaniya Xarici İşlər Nazirliyi Avropa İttifaqının Nigerdə hakimiyyəti ələ keçirən üsyançılara qarşı sanksiyalar tətbiq edəcəyini bildirib. Nazirlik əlavə edib ki, diplomatik departament ölkədə konstitusiya quruluşunun bərpası səylərini dəstəkləyir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: