Dağıstanda Quran gecəsi keçirilib

   Dağıstanda Quran gecəsi keçirilib
  19 Avqust 2023    Oxunub:1223
Dağıstanda müsəlmanların müqəddəs kitabının yandırılmasına qarşı Quran gecəsi keçirilib. Gecədə 20 minə yaxın insan iştirak edib. Bu barədə gecənin təşkilatçılarından biri, Kizlyar imamlar şurasının sədri Şamil Bağəndəliyev TASS-a bildirib.
"İsveçdə və bəzi digər ölkələrdə Quranı yandırmaq cəhdləri davam edir və bu ölkələrin hakimiyyət orqanları bunu alqışlayır, halbuki bizim prezidentimiz Vladimir Putin Rusiyada belə bir şeyin cinayət olduğunu bildirib.

Respublikada ilk dəfə olaraq müsəlmanlar üçün müqəddəs kitaba dəstək, Quranın yandırılması aksiyalarına qarşı bu formatda Quran gecəsi keçirilib. Gecədə respublikanın hər yerindən 20 minə yaxın insan iştirak edib, bəziləri Gecədə iştirak etmək üçün Rusiyanın digər regionlarından gəliblər", - Bağəndəliyev deyib.

Almaniyadan olan Quran oxucusu Remzi Ər tərəfindən səhnədə müsəlmanlar üçün müqəddəs kitabdan parçalar səsləndirilib. Mühazirəni ilahiyyatçı və natiq Həbib Hüseyn Əsəkəf oxuyub.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti