Rəisi Devid Ouenlə qiyabi polemikaya girib

İbrahim Rəisinin qıcığına səbəb olan həmin müsahibədə Devid Ouen indi İranda böyük islahatların aparılması zərurətinə toxunub.
“19 avqust çevrilişində İngiltərənin rolunu qəbul etmək bu ölkənin etibarı və İranın islahat hərəkatı üçün faydalıdır. 1953-cü ildə demokratik inkişafın dayandırılmasında Birləşmiş Ştatlara qoşulmaqda Britaniyanın rolunu etiraf etmək üçün yaxşı səbəblər var. Bu səhvi və demokratik İrana aparan yola dəymiş ziyanı qəbul etməklə, yəqin ki, indi böyük ölçüdə islahatlar mümkün olacaq”, - Ouen deyib.
Bunun qarşılığında Rəisi iranlıları sadiq, güclü və riskə gedən xalq, İranın rəhbərini isə “müqavimətli və dəyanətli” şəxs kimim qiymətləndirib.
“Nə qədər ki, belə bir xalq səhnədədir, sizin əlinizdən heç nə gələn deyil”,- Rəisi bildirib.
İran prezidenti, həmçinin regionda “təhlükəsizlik təminatçısı” kimi SEPAH-ın rolunu xüsusi vurğulayıb.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az