Abdullahiyan Səudiyyə krallığının vəliəhd şahzadəsi ilə görüşüb
“Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Əmir Məhəmməd Bin Salmanla 90 dəqiqəlik görüşümüz oldu. Səmimi, faydalı və qonşuluq siyasətinə əsaslanan məhsuldar söhbət oldu. İki ölkə başçılarının iradəsi ilə ikitərəfli münasibətlərin bütün sahələrdə sabitliyi vurğulandı. Biz regionda hamı üçün təhlükəsizlik və inkişaf mövzusunda razıyıq”, - paylaşımda deyilir.
İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin düzəlməsindən sonra Əmir Abdullahiyan cümə axşamı Ər-Riyada ilk diplomatik səfər edib. Səudiyyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında o, danışıqların “uğurlu” olduğunu deyib.
Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi bu səfər çərçivəsində “gələcək əməkdaşlıq imkanlarının” müzakirə olunduğunu açıqlayıb. İranın ingilisdilli mediası “Press TV” də İran nümayəndə heyətinə istinadən görüşün “çox yaxşı” keçdiyini bildirib.
AzVision.az