Respublikaçı senatorlar Bayden administrasiyasından cavab istəyirlər
“Biz qəti şəkildə inanırıq ki, Birləşmiş Ştatlar ölkə hüdudlarından kənarda qanunsuz olaraq saxlanılan Amerika vətəndaşlarının azad olunması üçün bütün lazımi resursdan istifadə etməlidir. Bu qərar son dərəcə təhlükəli təcrübəni gücləndirir və İran rejiminə bütün Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərini artırmağa imkan verir”, - məktubda deyilir.
Senatorlar İranın azad edilmiş vəsaiti “humanitar məqsədlərə” xərcləyəcəyinə və ondan “terror şəbəkələrini dəstəkləmək”, “silahların yayılması” və “nüvə zənginləşdirilməsini artırmaq” üçün istifadə etməyəcəyinə necə zəmanət verəcəyi ilə bağlı suallar qaldırıblar.
ABŞ Dövlət departamenti İranın Cənubi Koreya banklarında illərlə dondurulmuş neft pullarının 6 milyard dollarını ikili vətəndaşlığı olan 5 məhbusun azadlığa buraxılması müqabilində alacağını avqustun 10-da təsdiqləyib.
AzVision.az
Teqlər: senatorlar İran