Yunanıstanda COVID-in yeni variantına yoluxanların sayı artıb

Yunanıstanda COVID-in yeni variantına yoluxanların sayı artıb
  19 Avqust 2023    Oxunub:959
Yunanıstanda COVID-19-un yeni variantı olan “Eris”ə yoluxanların sayının artması müşahidə olunur.
AzVision.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Xalq Sağlamlığı Agentliyi (EODY) məlumat yayıb.

Məlumata görə, 7-13 avqust tarixlərində COVID-19 səbəbiylə xəstəxanada müalicə olunanların sayı əvvəlki dörd həftənin orta göstəricisi ilə müqayisədə 71 faiz artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti