Türkiyə ABŞ-ı Şimali Kiprlə bağlı ədalətli siyasət yürütməyə çağırıb

 Türkiyə  ABŞ-ı Şimali Kiprlə bağlı ədalətli siyasət yürütməyə çağırıb
  19 Avqust 2023    Oxunub:1203
Türkiyə ABŞ-ın 2020-ci ilin sentyabrında Kipr Respublikasına (yunan administrasiyası) qarşı silah embarqosunun ləğvinin 1 oktyabr 2023-cü il tarixindən etibarən daha 1 il müddətinə uzadılmasını pisləyir.
AzVision.az xəbəe verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Türkiyə Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı ədalətli reaksiyasını tam dəstəkləyir.

“ABŞ-ın Kipr türk administrasiyasına qarşı atdığı müxtəlif addımların bu ölkənin uzun illərdir Kipr adasında saxladığı neytral mövqeyinə xələl gətirir və Kipr məsələsinin ədalətli, daimi və davamlı həllinə mane olur. Bu münasibətlə biz
ABŞ-ı bir daha regionda sabitliyə təhlükə yaradan bu siyasəti nəzərdən keçirməyə dəvət edirik”, - bəyanatda vurğulanıb.

XİN-dən, həmçinin bildirilib ki, Türkiyə qarant dövlət olaraq öz tarixi və hüquqi məsuliyyəti çərçivəsində Kipr türklərinin varlığını və təhlükəsizliyini təmin etməyə davam edəcək.

AzVision.az



Teqlər: Türkiyə   ABŞ   Kipr  





Xəbər lenti