Fransada istilərlə bağlı "narıncı" xəbərdarlıq elan edilib

Fransada istilərlə bağlı "narıncı" xəbərdarlıq elan edilib
  19 Avqust 2023    Oxunub:1535
Fransanın əksər departamentlərində istilərlə bağlı "narıncı" xəbərdarlıq elan edilib
AzVision.az xəbər verir ki, bu barədə "Meteo France" Milli Meteorologiya Xidməti məlumat yayıb.

Beləliklə, "narıncı" xəbərdarlıq səviyyəsinin elan edildiyi departamentlərin sayı 49-a yüksəlib.

Fransanın cənub rayonlarında havanın temperaturu avqustun 20-də 35-38 dərəcəyə çatacaq. Eyni zamanda, Rona vadisinin aşağı hissəsində 40 dərəcədən artıq isti gözlənilir.

Qeyd olunur ki, yüksək temperatur gələn həftənin ortalarına qədər davam edəcək.

AzVision.az



Teqlər: Fransa   İstilər  





Xəbər lenti