Britaniya Nigerdəki səfirliyini bağlayıb

Britaniya Nigerdəki səfirliyini bağlayıb
  19 Avqust 2023    Oxunub:1518
Böyük Britaniya çevrilişi baş vermiş Nigerdə səfirliyini bağlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirliyin işçiləri də təxliyə olunub.

"Biz bütün Britaniya əməkdaşlarımızı müvəqqəti olaraq Nigerdən çıxardıq və səfirliyimiz məsafədən fəaliyyət göstərir. Britaniya Ali Komissarının Laqosdakı müavini tərəfindən yardım göstərilməyə davam edəcək", - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi vətəndaşlara Afrika ölkəsinə getməyi tövsiyə etmir.

AzVision.az




Teqlər: Britaniya   Niger   Səfirlik  





Xəbər lenti