Türkiyə yenidən silkələndi

  Türkiyə yenidən silkələndi
  20 Avqust 2023    Oxunub:2645
Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Departamentin X sosial şəbəkəsindəki (keçmiş Twitter) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 10.05-də Göyksun ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 22,17 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Fevralın 6-da Kahramanmaraş vilayətində 9 saatlıq fasilə ilə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Ardınca Suriya da daxil olmaqla ölkənin 11 vilayətində və qonşu dövlətlərdə yüzlərlə təkanlar hiss olunub. Son məlumatlara görə, Türkiyədə zəlzələdən 55 mindən çox insan həyatını itirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti