Danimarka və Hollandiya Ukraynaya F-16 verəcək
Şərtlərə digər məsələlərlə yanaşı, F-16 üçün uğurla seçilmiş, sınaqdan keçirilmiş və təlim keçmiş Ukrayna personalı, həmçinin lazımi icazələr, infrastruktur və logistika daxildir”, - qırıcıların təhvil verilməsi ilə bağlı bəyanatda deyilir.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Hollandiya ilə Kiyevə 42 F-16 qırıcısının verilməsi ilə bağlı razılaşmanın olduğunu açıqlamışdı. Danimarka Hərbi Hava Qüvvələrinin 30-a yaxın qırıcısı var ki, ölkə daha müasir F-35-lərə keçdikdə onlar istismardan çıxarılacaq.
Hollandiya Hərbi Hava Qüvvələrində bu təyyarələrdən 42-si var.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: