Ukrayna Niderlanddan 42 ədəd F-16 qırıcısı alacaq

   Ukrayna Niderlanddan 42 ədəd F-16 qırıcısı alacaq
  20 Avqust 2023    Oxunub:1081
Ukrayna Niderlanddan 42 Amerika F-16 qırıcısı alacaq.
Bunu Niderlandda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Mark Ryütte ilə görüşündən sonra mətbuata bəyanatında bildirib. “Mark Ryütte və mən Ukraynaya veriləcək F-16-ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra 42 təyyarə alacaq. Bu hələ başlanğıcdır", - deyə Zelenski əlavə edib.

Mark Ryütte mətbuat konfransında təlimin Niderland, Danimarka və Rumıniyada keçiriləcəyini təsdiqləyib. Onun sözlərinə görə, hazırda ukraynalı pilotların dil tədrisi aparılır: "Təyyarələrin Ukraynaya ötürülməsi ən qısa zamanda, çox tez həyata keçiriləcək. Bu arada biz infrastruktur üzərində işləməliyik ki, bu təyyarələr Ukraynada təhlükəsiz şəkildə qalxıb enə bilsin”.

Qeyd edək ki, avqustun 20-də Prezident Volodimir Zelenski Niderlanda səfərə gəlib. Ölkə lideri dərhal qeyd edib ki, onun ölkəyə səfərinin əsas məsələsi F-16 qırıcıları olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti