Braziliyada avtobus aşıb, 7 nəfər ölüb

Braziliyada avtobus aşıb, 7 nəfər ölüb
  20 Avqust 2023    Oxunub:1074
Braziliyanın “Korintians” futbol klubunun azarkeşlərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 36 nəfər yaralanıb.
Bu barədə “Folha de S. Paulo” qəzeti məlumat yayıb. İlkin məlumata görə, avtobusun əyləcləri sıradan çıxıb, nəticədə o, döngədə yamaca dəyərək aşıb.

Faciə ilə əlaqədar “Korintians” klubunun rəhbərliyi və San-Paulu komandasının azarkeşi olan Braziliya prezidenti Luis İnasio Lula da Silva başsağlığı verib.

AzVision.az


Teqlər:





Xəbər lenti