Moskvada hava xəbərdarlığı elan edildi

Moskvada hava xəbərdarlığı elan edildi
  20 Avqust 2023    Oxunub:993
Güclü yağış səbəbindən Moskvada hava şəraitinin “narıncı” səviyyəsi elan edilib.
Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin saytı xəbər verib. “Bəzi yerlərdə leysan, güclü yağış olacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

Nəşr qeyd edir ki, xəbərdarlıq müddəti avqustun 21-i saat 00:00-dək davam edəcək. Qeyd edək ki, “narıncı” səviyyə - hava təhlükəsinin üçüncü səviyyəsidir. Bu səviyyədə təbii fəlakətlərdən əhaliyə və obyektlərə zərər dəyməsi ehtimalı var.

AzVision.az


Teqlər:





Xəbər lenti