“Şimali Koreya nüvə silahından istifadə edə bilər”

   “Şimali Koreya nüvə silahından istifadə edə bilər”
  21 Avqust 2023    Oxunub:1173
“Koreya Xalq Demokratik Respublikası (KXDR) öz məqsədlərinə çatmaq üçün başqa şeylərlə yanaşı, nüvə silahından istifadə edə bilər”.
Bunu Koreya Respublikasının Prezidenti Yun Sok Yol bəyan edib. “Düşünürəm ki, Şimali Koreya hərbi məqsədlərinə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək və nüvə silahının istifadəsindən imtina etməyəcək”-deyə, o bildirib.

Yun Sok Yol həmçinin vurğulayıb ki, KXDR-dən artan təhlükə fonunda Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlıq gücləndiriləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti