Övladını küçədə oynadığı üçün vəhşi kimi döydü
Yerli media yazır ki, bu cür qəddar tərbiyə üsulu Planovı kənd sakinlərinin qəzəbinə səbəb olub.
"Əlində kəmər olan ata oyun meydançasında oğlunu tutan kimi onu nəinki döyüb, ağır ifadələrlə hamının yanında alçaltmağa başlayıb. Kişiv bağıraraq deyirmiş ki, oğlanı yenidən uşaq evinə verəcək. Bütün bunlar uşağın icazəsiz evdən çıxıb velosiped sürərək meydançada yaşıdları ilə oynamasına görə baş verib", - "Qazeta" nəşri sosial şəbəkələrdə geniş yayılan video ilə bağlı yazıb.
Yerli sakinlər artıq həmin görüntüləri hüquq-mühafizə orqanlarına təhvil veriblər. Uşaqlara qarşı zorakılıq faktı ilə bağlı regionun İstintaq Komitəsi araşdırmalara başlayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Rusiya