Qebreyesus: "İqlim dəyişikliyi uzaq təhlükə deyil"

      Qebreyesus:    "İqlim dəyişikliyi uzaq təhlükə deyil"
  21 Avqust 2023    Oxunub:1036
"İqlim dəyişikliyi uzaq təhlükə deyil, həyata və ekosistemlərə təsir edir".
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus X sosial media platformasındakı paylaşımında qeyd edib.

Qebreyesus dünyada dağıdıcı yanğınlar və daşqınlar ilə yanaşı, həddindən artıq istilik dalğaları və uzunmüddətli quraqlıqların olduğuna diqqət çəkib.
"İqlim dəyişikliyi uzaq bir təhlükə deyil. Bu, hazırda baş verir, həyatlara və ekosistemlərə təsir edir. Gəlin bir araya gələk, emissiyaları azaldaq, davamlılığı dəstəkləyək və irəliyə doğru davamlı yol yaradaq"

Qebreyesus dünyanın və gənc nəsillərin gələcəyinin iqlimlə bağlı atılacaq bu addımlardan asılı olduğunu vurğulayıb. Son zamanlar dünyada ekstremal təbii hadisələr baş versə də, 2023-cü ilin iyul ayı indiyə qədər ən isti ay kimi qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti