Yun Sok Yeoldan xəbərdarlıq: "Şimali Koreya nüvə silahından istifadə edə bilər"

   Yun Sok Yeoldan xəbərdarlıq:    "Şimali Koreya nüvə silahından istifadə edə bilər"
  21 Avqust 2023    Oxunub:1103
Pxenyan öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər.
Yonhap xəbər agentliyinin yaydığı məlumata görə, bunu Cənubi Koreya prezidenti Yun Sok Yol hökumətin iclası zamanı deyib.

"Şimali Koreya müharibədə məqsədinə nail olmaq üçün bütün mövcud imkanları səfərbər edəcək və nüvə silahından istifadə etməyə hazır olacaq”, - prezident dünyanı xəbərdar edib.

O, həmçinin Pxenyanın Cənubi Koreyanın milli infrastrukturunu iflic etmək niyyəti, nüvə elektrik stansiyalarına, qabaqcıl sənaye obyektlərə və telekommunikasiya şəbəkələrinə hücum planları barədə də danışıb. Yun Sok Yol həmçinin vurğulayıb ki, KXDR-dən artan təhlükə fonunda Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlıq gücləndiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Nüvə  





Xəbər lenti