Kristmann: son 4 ildə “Bosch” şirkətinin İrandan qazancı yoxdur
“Bu kameralara belə proqram təminatı quraşdırmaq mümkün deyil. Şirkət İranda heç bir trafik monitorinqi proqramında birbaşa iştirak etməyib, İran rəsmiləri və ya qurumları ilə əlaqə yaradılmayıb. Yalnız nümayəndəlik və satış ofisi olub. “Bosch” şirkətinin 2019-cu ildən bəri texnologiya satışı üzrə İrandan heç bir gəliri yoxdur”, - Kristman deyib.
Bir müddət öncə “Nüvə İranına qarşı Alyans” QHT-si yaydığı bəyanatda vətəndaşlara istənilən qanunları tətbiq etmək, o cümlədən qadın geyimlərinin vəziyyətini izləmək üçün İranda “Bosch” şirkətinin kameralarından istifadə olunduğu biuldirilmişdi.
Təşkilat İrana vətəndaşların üzünü tanınması üçün istifadə oluna bilən “səkkiz min kamera satdığı” üçün ABŞ hökumətindən Almaniyanın “Bosch” şirkətini qara siyahıya salmağı tələb etmişdi.
AzVision.az
Teqlər: İran