İsmayıl Xətib: düşmən seçkiləri hədəfləyib

   İsmayıl Xətib:    düşmən seçkiləri hədəfləyib
  21 Avqust 2023    Oxunub:1134
İran hökuməti ölkə daxilindəki haqlı narazılıqlardan ictimaiyyətin diqqətini yayaındırmağa çalışan İran hökuməti xarici düşmənlər axtarışındadır.
AzVision.az xəbər verir ki, İranın Kəşfiyyat naziri İsmail Xətib, SEPAH-ın yüksək rütbəli komandirləri qarşısında çıxışı zamanı ölkənin düşmənlərinin Məhsa Əminin ölüm ildönümü ilə bağlı planları olduğunu və onların İslam Şurasına seçkiləri hədəflədiyini söyləyib.

“Düşmənin ən mühüm planı sabitliyi pozmaq və seçkilərdə iştirakı azaltmaqdır. Kəşfiyyat ictimaiyyəti daha çox birləşməlidir. Bu prosesin qarşısını almaq üçün media və hökumət qurumları kiber səylərini ikiqat gücləndirməlidir. Onların iğtişaşların ildönümü ilə bağlı planları olsa da, əsas hədəfləri bu il keçiriləcək seçkilərdir”, - Xətib deyib.

Xətib kimləri nəzərdə tutduğunu dəqiqləşdirməsə də, İran rəsmiləri adətən Qərb dövlətlərini, bəzi region ölkələrini, ölkə daxilində və xaricində olan iranlı rəqibləri “düşmən” adlandırırlar.
AzVision.az


Teqlər: Xətib   "düşmən"  





Xəbər lenti