"İran ABŞ-la birbaşa danışıqlar aparmır" - XİN

"İran ABŞ-la birbaşa danışıqlar aparmır" -    XİN
  21 Avqust 2023    Oxunub:1080
İran ABŞ-la birbaşa danışıqlar aparmır və gələcəkdə bu danışıqları təşkil etməyi planlaşdırmır.
AzVision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Çafi keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

“İran və Amerika rəsmiləri arasında görüşün BMT Baş Assambleyasının iclası çərçivəsində baş tutacağı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. İran ABŞ-la birbaşa danışıqlar aparmır və bunu nə Baş Assambleyanın kənarında, nə də başqa yerdə etməyi planlaşdırmır”, - ISNA onun sözlərindən sitat gətirib.

Kənani Çafi vurğulayıb ki, iki ölkə yalnız dolayı danışıqlar aparıb və bu danışıqlar zamanı əsirlərin mübadiləsi, İran aktivlərinin blokdan çıxarılması müzakirə olunub.

Qeyd edək ki, avqustun 10-da “The New York Times” qəzeti ABŞ və İranın məhbus mübadiləsi ilə bağlı razılığa gəldiyini yazıb. Elə həmin gün Ağ Ev razılaşma faktını təsdiqləyib. Müqavilə çərçivəsində İslam Respublikası ABŞ-ın sanksiyaları səbəbindən Cənubi Koreya banklarının hesablarında dondurulmuş 6 milyard dollara çıxış əldə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti